Ermənistandakı 102-ci HƏRBİ BAZA KİMƏ QARŞI möhkəmləndirilir

Baxış sayı:
418

102-ci hərbi baza həm silahlanma, həm maddi-texniki təminat, həm də hərbçilərin yaşayış şəraitinin yaxşılaşdırılması baxımından modernləşdirilir.
B
u barədə erməni nazir David Tonoyan parlamentdə jurnalistlərə verdiyi müsahibədə, Tert.am-ın müxbirinin Rusiya hərbi bazasının modernləşdirilməsinin yalnız silahlara, şəxsi heyətin sayının artmasına və bazaya yeni ərazinin ayrılması ilə bağlı olub-olmaması haqda suala cavabında deyib. Nazir bildirib ki, qoşun sayının və ərazinin artması planlaşdırılmır.
"Fərqlər var: bəzi ərazilər artıq istifadəyə verilmir və Müdafiə Nazirliyinə verilir, əvəzində başqa yer təqdim olunur. Lakin bütün bu ərazilər Ermənistan Respublikasının ərazisi olaraq qalır, yalnız istifadə üçün verilir", Tonoyan deyib.
Muxalifet.az