​Ermənistanda yüksək vəzifəli məmur istefaya göndərilir

Baxış sayı:
1990

Ermənistan Polis İdarəsinin rəisi Valeri Osipyan istefaya göndəriləcək.
Ermənistan mediası xəbər verir ki, hazırda V.Osipyanın istefaya göndərilməsi barədə ictimai tələb formalaşdırılması üzərində işlər aparılır.
Artıq respublikanın polis rəisi vəzifəsi uğrunda amansız mübarizə başlayıb.
Qeyd edək ki, V.Osipyan yeni baş nazir Nikol Paşinyanın təklifi ilə 10 may 2018-ci il tarixində Ermənistan polisinin rəisi təyin edilmişdi.