Ermənistanda yol polisi ləğv edilir – DİN-də islahat üçün pul tapılmır

Baxış sayı:
2647

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinə polisdə köklü islahatlar aparılması üçün qısa müddətdə lazım olan tədbirlərin görülməsini tapşırıbMuxalifet.az xəbər verir ki, Ermənistan mətbuatı artıq hökumətin bu məsələ ilə bağlı Avropa İttifaqına müraciət etdiyini yazır.

İslahatlara maddi-texniki bazaya aid məsələlərlə yanaşı, ciddi struktur dəyişiklikləri də daxildir. Belə ki, hökumət Dövlət Yol Polisini ləğv edərək, onu Post Patrul Xidmətilə birləşdirmək qərarına gəlib. Xatırladaq ki, qonşu Gürcüstanda da yol polisi çoxdan ləğv edilib.

Həmçinin, Cinayət Axtarış İdarəsi ilə Mütəşəklkil Cinayətkarlığa Qarşı Mübarizə İdarələrinin də ləğv olunaraq, bir qurumda birləşdirilməsi nəzərdə tutulub. Məlumatda deyilir ki, bu idarələrin maraqları tez-tez toqquşduğundan, son zamanlar aralarında ciddi konfliktlər baş verir.

Lakin DİN-də islahatla bağlı maliyyə çətinlikləri üzə çıxıb. Məsələ ondadır ki, daxili işlər orqanlarında köklü dəyişikliklər və islahatlar aparmaq üçün 50 milyon dollara yaxın vəsait lazımdır. Bu pul isə büdcədə yoxdur. Ermənistan hökumətinin Avropa İttifaqına müraciət edərək dilənməsi də elə həmin vəsaitlə bağlıdır.//AzPolitika.info