Ermənistanda yeni yaradılan partiyanın rəhbəri saxlanıldı

Baxış sayı:
6964

Ermənistanda iki həftə əvvəl yaradılmış müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danielyan saxlanılıb.
Muxalifet.az-ın məlumatına görə, A.Danielyan baş nazir Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib.
Hadisə ilə bağlı polis orqanları hər hansı bir açıqlama verməyib.
A.Danielyan partiyanın yaradılmasını mayın 27-də elan etmişdi. O, ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib.