Ermənistanda yas mərasimində atışma, 6 nəfər yaralanıb

Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
 
Ermənistanın Şamiram kəndində naməlum şəxsin yas mərasimi iştirakçılarına açdığı atəş nəticəsində 6 nəfər yaralanıb.
Ermənistan KİV xəbər verir ki, bu barədə tibb mərkəzinin direktoru Artur Ovanisyan bildirib.
Onun sözlərinə görə, yaralılardan 3-nün vəziyyəti ağırdır.
Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bir müddət əvvəl atəş nəticəsində 3 nəfərin öldüyü, 6 nəfərin yaralandığı barədə xəbər yayılmışdı.