​Ermənistanda vəziyyət gərginləşməyə doğru gedir – Deputat

Baxış sayı:
3847

İşğalçı Ermənistanda vəziyyət gərginliyin daha da artmasına doğru gedir.
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ali qanunverici orqanda 122 saylı Xankəndi seçki dairəsini təmsil edən Flora Qasımova deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı addımları bu cinayətkar qruplaşmanın havadarlarını da narahat edir. Onun sözlərinə görə, Robert Köçəryanın həbsi, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Yuri Xaçaturova cinayət işinin açılması vəziyyəti gərginləşdirir:
“Həbs olunanlar cinayətkarlardır. Onlar xüsusilə işğal prosesində aparıcı rol oynayıblar. Həm də erməni xalqına qarşı cinayətlər törədiblər. Bütün bunlarla yanaşı Ermənistanın yeni hakimiyyəti öz ölkəsinin gələcəyini düşünürsə, ilk növbədə işğalçılıq siyasətinə son qoymalıdır. Bundan sonra bu ölkənin hansısa perspektivindən söhbət açmaq mümkündür”.