​Ermənistanda silahlı şəxs UŞAQ BAĞÇASINA HÜCUM ETDİ

Ermənistanda silahlı şəxs uşaq bağçasına hücum edib.
Muxalifət.az xəbər verir ki, bu gün saat 16:20-də bıçaqla silahlanmış naməlum şəxs zorla Armavir şəhərində yerləşən “Manuşak” uşaq bağçasına girib.
Silahlı şəxs bağça işçilərinə hücum edib və uşaqlar da daxil olmaqla binada olan hər kəsi girov götürüb. Daha sonra o, bir uşağı girov saxlamaqla digərlərini buraxıb.