Ermənistanda silahlı insident - 3 ÖLÜ, 5 YARALI

Baxış sayı:
3994

Oktyabrın 4-də Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib.

Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində üç nəfər – Andranik Ohanyan, Hor Qriqoryan və David Ohanyan – ölüb, beş nəfər isə yaralanıb.

Hadisə yerindən seriya nömrəsi silinmiş “Makarov” tapançası tapılıb.

Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məlum olub ki, mübahisə zamanı 46 yaşlı kişi “Makarov” tapançasından oradakı şəxslərə atəş açıb.

Qətli törədən Vanadzor sakini saxlanılıb. O, cinayət törətdiyini etiraf edib.