Ermənistanda silah anbarında partlayış – 12 NƏFƏR ÖLÜB, XEYLİ SAYDA YARALI VAR

Düşmən ordusunun silah anbarında partlayış - 12 hərbçi ölüb
Noyabrın 4-də işğalçı Ermənistan ordusunun Agdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən 12 nəfərin öldüyü və xeyli sayda yaralıların olduğu bildirilir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.