Ermənistanda Sarkisyanın iqamətgahı mühasirəyə alındı

Ermənistanın pavtaxtı İrəvanda böyük bir dəstə prezident Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıb.

Virtualaz.org-un “Novosti Armenii”-yə istinadən məlumatına görə, aksiyanın təşkilatçılarından David Manukyan bildirib ki, məqsəd Gümrüdəki mitinqlə həmrəy olduqlarını göstərməkdir. O bildirib ki, onlar da gümrülülərin qatil əsgərin mühakimə olunması üçün Ermənistana verilməsi tələbini dəstəkləyirlər.

Xatırladaq ki, Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Lakin o, Ermənistan tərəfinə verilməyib. Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, ölkə qanunlarına görə V.Primakovu özləri mühakimə etməlidirlər.