Ermənistanda Rusiyaya etimad edənlərin sayı azalıb

Baxış sayı:
1154

Ermənistanda Rusiyaya dost kimi baxanların sayı azalıb.

“Novosti Armeniya” xəbər verir ki, bu, Qafqaz Tədqiqatlar Resurs Mərkəzinin apardığı “Qafqaz barometri - 2019” adlı rəy sorğusunun nəticəsinə əsasən bildirilib.

Sorğu 2020-ci il fevralın 21-dən – martın 15-dək Ermənistanda 31 faizi Yerevan, 33 faizi başqa şəhərlərin, 36 faizi kənd sakinləriləri olmaqla 1491 yetkin respondent arasında keçirilib.

İştirakçıların təxminən 57 faizi Rusiyanı “ən dost ölkə” adlandırıb. Bu, yüksək göstərici sayılsa da, son illərdə Rusiyaya etimad göstərənlərin sayı azalıb. 2017-ci ildə respondentlərin 63 faizi, 2015-ci ildə 75 faizi, 2013-cü ildə isə 83 faizi Rusiyanı "ən dost ölkə" olaraq göstərib.

“Hansı ölkə Ermənistana ən dost ölkədir” sualına ikinci ən populyar cavab “heç biri” olub. Respondentlərin 17 faizi bu suala belə cavabladırıb.

Ermənistana dost sayılan başqa dövlət Fransa olub. Respondentlərin 12 faizi bu ölkəni dost adlandırıb. 4 il əvvəl rəyi sorşulanların 4 faizi belə hesab etmişdi.

Azərbaycan Ermənistana “ən çox düşmən ölkələr” siyahısında birincidir. Respondentlərin 75 faizi belə cavab verib. 2015 və 2017-ci illərdə Azərbaycan eyni yerdə olmuşdu. Onda rəyi sorşulanların 76 faizi Azərbaycanı "ən düşmən ölkə" adlandırmışdı. Türkiyə düşmən ölkələrin siyahısında ikinci yerdədir - respondentlərin 22 faizi bu fikirdə olub. 2015-2017-ci illərdə respondentlərin 18 faizi Türkiyəni düşmən hesab etmişdi.

Bildirilib ki, araşdırma  2004-cü ildən bəri üç ölkədə - Azərbaycan, Gürcüstan və Ermənistanda aparılır./report