Ermənistanda Rus şirkətinə cinayət işi açıldı

Baxış sayı:
2311

Ermənistan hökuməti Cənubi Qafqaz Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətə qarşı cinayət işini yenidən gündəmə gətirib.
 
“Qraparak”,  QSC-nin 9,7 milyon dram (19 min dollar) əlavə dəyər vergisi verməməsi barədə cinayət işinin İstintaq Komitəsinə göndərildiyini bildirib:
“Bugünlərdə istintaq orqanları QSC-nin onlarla əməkdaşını dindiriblər. Növbənin yaxın zamanlarda QSC-nin yüksəkvəzifəli şəxslərinə də gəlib çatacağı gözlənilir”.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yollarına qarşı cinayət işi 17 avqustda qaldırılıb.
Cənubi Qafqaz Dəmir Yolları QSC Rusiya Dəmir Yollarının törəmə şirkətidir. Bu QSC Ermənistanın bütün dəmiryol sisteminə nəzarət edir. İrəvan ölkənin dəmiryol sistemini bu QSC-yə 2008-ci ildə 30 il müddətinə verib.