​Ermənistanda qorxunc yanğın: 3 ölü - VİDEO

Baxış sayı:
6199

Ermənistanın Lori vilayətinin Stepanavan şəhərində güclü yanğın baş verib.
Muxalifet.az “news.am” saytına istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb.
FHN mətbuat xidmətinin məlumatına görə, dekabrın 11-də saat 06:33 radələrində taxta evdə yanğın haqqında siqnal daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər evdən 36 yaşlı Vaanuş Akopyan və 59 yaşlı Anuş Balasanyanın meyitlərini çıxarıblar. 26 yaşlı David A. və 12 yaşlı Qriqor Qriqoryan xəstəxanaya yerləşdirilib. Yeniyetmə xəstəxanada ölüb. Onların tüstüdən zəhərlənərək öldüyü bildirilir.