​Ermənistanda parlament buraxılacaq: Paşinyanın OYUNU BAŞ TUTDU

Baxış sayı:
10165

Ermənistan parlamentinin baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.
Muxalifet.az “news.am”-a istinadən xəbər verir ki, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan olub.
Baş nazirin seçilməsi üçün lazım olan 53 səsi toplamaq mümkün olmayıb. Bir həftə öncə keçirilən ilk iclasda da baş naziri seçmək mümkün olmamışdı.
Ermənistan konstitusiyasına görə, parlament iki iclasda baş naziri seçə bilməsə, buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədənkənar seçki planı Nikol Paşinyana məxsusdur. Paşinyan müxalifətin parlamentdəki üstünlüyünü ələ keçirmək üçün oyun oynadı: əvvəlcə özü istefa verdi, sonra iki iclasda baş nazirin seçilməməsini təmin etdi və növbədənkənar seçkini təmin etdi. Prosesin bu cür inkişafı Ermənistanda parlamentin buraxılması ilə nəticələnəcək.
Paşinyan bu gün jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.