Ermənistanda parlament binasına əlavə polis qüvvələri cəlb edildi

Baxış sayı:
1155

İrəvanda Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib.

Trend-in məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament yaxınlığındakı meydanda, eləcə də digər mərkəzi meydanlarda çadırlarda gecələyiblər.

Günorta saatları üçün müxalifətin növbəti aksiyası təyin olunub.

Bundan əlavə, bu gün parlamentin növbədənkənar iclası da nəzərdə tutulub.

Qeyd edək ki, ötən gün Ermənistan ordusunun Baş qərargahı N.Paşinyanın istefası tələbi ilə bəyanat vermişdi.