​Ermənistanda oğul atasını kərpiclə öldürdü

Baxış sayı:
11188

Ermənistanın Syunik vilayətində yerləşən Brnakot kəndində məişət zəmnində qətl olub.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, axşam hadisə yerinə gedən polislər 1967-ci il təvəllüdlü David Ovakimyanın cəsədini aşkar ediblər.
Onu 1997-ci il təvəllüdlü oğlunun qətlə yetirdiyi məlum olub. Oğul atasını başından kərpiclə zərbə vuraraq qətlə yetirib.