​Ermənistanda növbədənkənar seçkilər… “Paşinyan buna nail olacaq”

Baxış sayı:
2455

Serj Sərkisyanın istefası yalnız planın bir hissəsidir. Siyasi qüvvələrin yenidən bölüşdürülməsi gündəmdədir.
 
Bu sözləri erməni əsilli siyasi ekspert Viqen Akopyan deyib. O bildirib ki, N.Paşinyanın məqsədi tez bir zamanda parlament seçkilərinin keçirilməsinə nail olmaqdır:
 
“Əgər Paşinyan hakimiyyəti baş nazirdən imtina etməyə məcbur edə bildisə, deməli, o, növbədənkənar seçkilərin keçirilməsinə də nail olacaq”.
 
Qeyd edək ki, ölkədə genişlənməkdə olan mitinqlər fonunda baş nazir S.Sərkisyan ötən gün postundan istefa verib. Paşinyan gələn həftə baş nazir seçiləcəyini, bundan sonra isə ölkənin növbədənkənar seçkiyə gedəcəyini açıqlayıb.