​Ermənistanda müxalifətçilərə qan udduran “killer”

Baxış sayı:
4954

Ermənistanın sabiq baş prokuroru Aqvan Ovsepyanın həbsi gözlənilir. 
Erməni KİV-ləri məlumat yayıblar. Bildirilib ki, Aqvan Ovsepyan Ermənistanda cinayətkar oliqarx sistemin simvollarından biri olub, həmçinin müxalifətçilərə qarşı cəza kampaniyasının əsas "memarı" və çoxsaylı qanlı cinayətlərin müəllifdir.
“O, əgər cəzasızdırsa, o zaman yeni açılan işlərin legitmlik səviyyəsi azdır. Hələ əvvəlki sistemə və onun fəalyyətinə tam həcimli siyasi hüquqi qiymət vermək mümkün deyil. Əgər 28 may inqilabi hökumətin baş naziri onunla eyni mərasimdə iştirak edirsə, inqilabın və cinayət oliqarxiyasının “nikahı” nəzəri cəhətdən mümkündür”, - deyə KİV yazıb. 
Qeyd olunub ki, bu məntiqlə martın 1-də baş vermiş cinayət hadisələrinin açılması mümkün deyil: “Hələki iş qəsdən başqa istiqamətə yönəldilirsə, Serj Sarkisyanın və Aqvan Ovsepyanın tapşırığı ilə cinayətlər törətmiş Vaaqn Arutyunyan həbs edilməyibsə, cinayətin açılması mümkün deyil”. 
Xatırladaq ki, Ovsepyan 2008-ci ildə Ermənistanda prezident seçkiləri zamanı müxalifətin saxtakarlıq əleyhinə keçirdiyi etiraz aksiyalarını güc yolu ilə dağıtmaqda günahlandılır.