Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır

Baxış sayı:
11434

Ermənistanın dövlət qurumlarında aparılan ixtisarlardan sonra azı yüz məmur işsiz qalacaq.
 
Bu haqda Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Qəzetin məlumatına görə, əhaliyə xidmət göstərən sahələrin əməkdaşları başlanğıc mərhələdə ixtisar edilməyəcək. Nazirliklər birləşdirildikdən sonra isə ayrı-ayrı şöbələrdə də oxşar proses gedəcək. Məqalədə qeyd olunub ki, bu isə ixtisara düşən məmurların sayını artıracaq: “Bu zaman hökumətdə çalışan və özünü doğrultmayan əməkdaşlar işdən azad ediləcək”.
Qeyd edək ki, Ermənistanda ixtisarlar davam edir.