Ermənistanda “kameralı” mobil telefonlar zabitlərə də qadağan edilib: Hərbçilər etiraz edir

Baxış sayı:
4111

Ermənistanda hərbi hissələrə də kameralı telefonların qadağan edilməsi qərarı narazılıqla qarşılanıb. 

 “Hraparak”a istinadən xəbər verir ki, bir neçə ay əvvəl Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçuların yalnız bəzi mobil telefon modellərindən istifadə etməsinə icazə verib.
Ancaq məlum olub ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təlimatına əsasən hərbi hissələrdə “kameralı” telefonların istifadəsi ümumiyyətlə qadağan edib. Yəni bu qadağa yalnız əsgərlərə deyil, zabitlərə də şamil edilir.
Lakin Ermənistan Müdafiə Nazirliyindən bu dəyişikliyin səbəbini öyrənmək mümkün olmayıb. Zabitlər əmin edir ki, bu addım ordunu, daha doğrusu orduda baş verənləri qapalı saxlamaq məqsədi daşıyır. Bu yolla baş verənlərin, yəni Ermənistan ordusundakı zorakılıqların lentə alınmasının qarşısı alınır.