​Ermənistanda hərbi qulluqçu özünü güllələdi

Baxış sayı:
30910

Ermənistanda gənc hərbçi güllə yarası alıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sinəsinin sol hissəsindən güllə yarası almış hərbçi Yerevanın Mikayelyan cərrahi xəstəxanasına yerləşdirilib.
Məlumata görə, həmin hərbçi xəstəxanaya Kanaker hərbi hissəsinin qonşuluğundakı ərazidən gətirilib.
Dəqiqləşdirmələrdən sonra məlum olub ki, yaralanan şəxs Kotayk vilayətinin sakini, 24 yaşlı A.Narekdir. O, müqaviləli hərbi qulluqçudur.
İlkin məlumata görə, o özünü öldürmək istəyib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumatı təsdiqləyib.