​Ermənistanda gənclər aclıq aksiyası keçirirlər - VİDEO

Baxış sayı:
277

Ermənistanda hökumət binası qarşısında etiraza qalxan internat evinin sakinləri aclıq aksiyasına başlayıblar.
Muxalifet.az azvision.az-a istinadən bildirir ki, etirazçı gənclər dövlət tərəfindən onlara verilən mənzillərin başqa şəxslərə satıldığını bildiriblər. Onların dediyinə görə, indiyədək müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
"18 il uşaq evində yaşayıb, sonra hərbi xidmətə getmişik. Hərbi xidmətdən gələndən sonra çöldə qalmışıq. Qalmağa yerimiz yoxdur. Dəfələrlə müraciət etsək də, dövlət qurumları şikayətimizə baxmır", - Davit Amoyan adlı kimsəsiz gənc vurğulayıb.
Etirazçılar problem həll olunana kimi aclıq aksiyasını davam etdirəcəklərini bəyan ediblər.