“Ermənistanda Elçibəy dövrü başlayıb, düşmənlərimizi təbrik etmək olar...”

Baxış sayı:
700

Erməni cəmiyyəti sonuncu atoma qədər parçalanarsa bu zaman onu “sülhə hazırlamaq” üçün xüsusi səy göstərməyə ehtiyac qalmayacaq. Parçalanmış və biokütləyə çevrilmiş cəmiyyət qonşu və düşmən dövlətin “sülhpərvər” missiyası çərçivəsində “sülhə” hazır olacaq.

Virtualaz.org xəbər verir ki, bu fikirləri Ermənistanda “7or.am” saytının təsisçisi və politoloq Andranik Tevanyan irəli sürüb.

Onun fikrincə erməni cəmiyyəti hazırda parçalanma və ayrılma prosesindədir, nifrət və düşmənçilik yayılır, yalançı daxili gündəm və təhlükəli xarici oyunlar formalaşır.

“Bu cür atmosfer Qarsın itirilməsi zamanı da hökm sürürdü. Analoji vəziyyət Elçibəy dövründə Azərbaycanda olmuşdu. Nəticədə biz düşmənimizin daxili vəziyyətindən istifadə etdik. Əgər Elçibəy proqramı indi bizdə həyata keçirilirsə o zaman artıq düşmənlərimizi təbrik etmək olar. Əgər belə proqram yoxdursa o zaman bütün bu baş verənlər savadsızlığın və psixi yayınmaların nəticəsidir, deməli yenə də düşmənlərimizi təbrik edə bilərik. Çünki hər iki halda nəticə eynidir”-Tevanyanın bu sözlərinə Rusiya ermənilərinin qəzeti “Yerkramas” yer verir.

Erməni politoloq hesab edir ki, İran ətrafında gedən dramatik və misli görünməmiş proseslər, Qarabağ məsələsində artan təhdidlər və daxildə hökm sürən vəziyyət cəmiyyəti ayıltmalıdır. Çünki belə parçalanmış cəmiyyətlə erməni milləti və dövləti çox uzağa gedə bilməyəcək.