​Ermənistanda "donuz qripi"ndən daha bir nəfər ÖLDÜ

Baxış sayı:
10615

Ermənistanda "donuz qripi"ndən daha bir nəfər ölüb.
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, ötən bazar günü bir qadın H1N1 virusunun qurbanı olub. Ermənistanın Səhiyyə Nazirliyi xəbəri təsdiq edib. Lakin nazirlik ətraflı məlumat verməyib.
Nazirlik poliklinikalara kəskin respirator virus infeksiyalarından şikayətlə 1275 nəfərin müraciət etdiyini açıqlayıb. Rəsmi məlumata görə, onlardan 781 nəfəri xəstəxanaya yerləşdirilib. Xəstələrin 92,8 faizini uşaqlar təşkil edir.
Daha əvvəl Ermənistanın Armavir vilayətinin Arşalyus kəndində sakinlər arasında toqquşma olub.