​Ermənistanda daha bir hərbçi öldü

Baxış sayı:
1477

Ermənistanın Geğarkunik vilayətində baş verən yol qəzasında bir hərbçi ölüb.
Azvision.az “Shamshyan.com”-a istinadən xəbər verir ki, “Opel Astra” markalı avtomobil yol kənarındakı maneələrə çırpıldıqdan sonra idarəetməni itirib və dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 23 yaşlı Arsen Karapaetyan isə hadisə yerində ölüb.
A. Karapetyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqavilə ilə xidmət edən hərbi qulluqçu olub. Faktla bağlı araşdırma aparılır.