​Ermənistanda bu adi hala çevrilib - Foto

Baxış sayı:
2899

Ermənistanda kasıbların gündəlik maddi ehtiyaclarını ödəməsi üçün zibil qutularına üz tutması artıq adi hala çevrilib.
Muxalifet.az xəbər verir ki, Ermənistanda belə insanlarla gündə bir neçə dəfə qarşılaşmaq mümkündür.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə danışan yaşlı erməni qadın Ermənistandakı ağır sosial həyatdan bəhs edib. Zibil qutularında satmaq üçün şüşə və müxtəlif əşyalar axtardığını bildirən qadın tək olmadığını və bir övladının olduğunu, ancaq onun da ailəsini güclə dolandırdığını qeyd edib.
Yaşlı qadın daha ətraflı müsahibə verməkdən imtina etsə də, hakimiyyətin hər şeyi daha yaxşı bildiyini söyləyib.
O, insanların bu vəziyyətə düşməsində Ermənistan rəhbərliyinin günahkar olduğunu deyib.
Fotolardan da göründüyü kimi, Ermənistanda əhalinin səfalət içində yaşadığı göz önündədir.