Ermənistanda ARA QARIŞDI - Paşinyanla bağlı son qərar verildi - VİDEO (YENİLƏNDİ)

Baxış sayı:
7132

N.Paşinyanla deputatların iki saat davam edən müzakirəsi bu dəqiqələrdə başa çatıb.
Paşinyan parlamentin qarşısına çıxıb və bildirib ki, fraksiyalar onun istefasından sonra baş nazir postuna namizəd irəli sürməyəcəkləri öhdəliyini götürüblər.
N.Paşinyan parlament rəhbərliyi - Respublikaçılar Partiyası fraksiyası, Çarukyan Bloku və Daşnakstyun fraksiyası ilə keçirdiyi görüş zamanı memorandum imzalanmasını təklif edib.
"Lakin onlar bildirdilər ki, sənəd imzalanmasına ehtiyac yoxdur, onlar baş nazirin istefasından sonra yeni baş nazir seçməyə cəhd etməyəcəklər və xalqın rəyinə hörmət edəcəklər", - Paşinyan deyib.
Paşinyan həmçinin qeyd edib ki, növbədənkənar seçkilərin dekabrda keçirilməsini də razılaşıblar. Çünki ölkədə krizisin daha bir neçə ay uzadılması məqbul deyil.

***

Etirazçılar qarşısında çıxış edən N.Paşinyan deyib ki, Daşnaksütyun və Çiçəklənən Ermənistan partiyalarından olan nazirlər vəzifədən azad ediləndən sonra o özü də istefa verəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda, Baqramyan prospektindəki mitinqdə çıxışında deyib.
O bildirib ki, Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarından olan nazirlər vəzifələrindən azad ediləcəklər: "Çarukyan Bloku və Daşnaksütyundan olan nazirlərin işdən çıxarılması ilə bağlı administrasiyanın əmr hazırlamasını tapşırıb. Bundan əlavə, hökumətin yaxınlarda keçiriləcək toplantısında bu partiyalardan olan əyalət rəhbərləri də işdən azad ediləcək”.
Paşinyan həmçinin sakinlərə növbədənkənar seçkilər tələbi ilə üçün küçələrə çıxamaq çağırışı edib.
Xatırladaq ki, N.paşinyanın çağırışından sonra aksiyaçılar parlament binasını mühasirəyə alıblar və deputatların parlament binasını tərk etməsinə imkan vermirlər.
Bundan öncə parlament qanunvericiliyə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və Çarukyan Blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq Paşinyanın təklifi ilə iclası boykot edib.
Qanun layihəsi Parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır.
Bu, Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edilə bilər. Belə ki, növbədənkənar seçkilərlə parlamentdə çoxluğu ələ keçirməyə çalışan Paşinyana qarşı artıq digər fraksiyalar birləşiblər. Parlamentdə çoxluğa sahib Sərkisyanın Respublikaçılar Partiyası Çarukyan Bloku və Daşnaksütyunla parlamentdə 3/2 səs çoxluğunu tam təmin edib.

***

Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilir. Aksiyaçılar ölkə baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz edirlər.
Ermənistan mətbuatı xəbər verir ki, yerli vətəndaşlar parlamentə girişi bağlayıblar və deputatlar binanı tərk edə bilmirlər.
Qanun layihəsi parlamentin ölkə baş nazirini ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur.