Ermənistanda 4 müxalif deputat müdafiə naziri ilə görüşüb Qarabağa dair plan təqdim etdi

Baxış sayı:
2917

Ermənistan Milli Məclisinin Respublika partiyasından olan dörd deputatı-Karen Bekaryan, Miqran Akopyan, Samvel Farmanyan və Arman Saqatelyan ötən gün oktyabrın 20-də müdafiə naziinin səlahiyyətlərini icra edən David Tonoyanla görüşərək Qarabağa dair plan təqdim ediblər.
 
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Karen Bekaryan özünün Facebook səhifəsində məlumat verib.
 
“Razılaşmaya əsasən biz bu gün Miqran Akopyan, Samvel Farmanyan və Arman Saqatelyanla birlikdə müdafiə naziri David Tonoyanla görüşdük. Təmas xəttində operativ reaksiya üçün informasiya sisteminin yaradılmasına dair ideya-təkliflər paketimizi təqdim etdik, habelə nazirin Ermənistan-Azərbaycan sərhədi boyu və Qarabağdakı təmas xəttindəki vəziyyət barədə müşahidələri ilə tanış olduq”-deputat bildirib.