Ermənistanda 25 ali təhsil müəssisəsi bağlanıb

Aqaron Adibekyan: “2016-cı ildə isə 18 min nəfər ali məktəblərə qəbul olunub, 12 700 tələbə tədris ilini başa vurub”
 
Son 10 ildə Ermənistanda 25 ali təhsil müəssisəsi bağlanıb.
Ermənistan KİV xəbər verir ki, bunu jurnalisltərə ölkənin tanınmış sosioloqu Aqaron Adibekyan bildirib.
Onun sözlərinə görə, dövlət və özəl ali məktəblərə daxil olmaq istəyənlərində sayı 110 mindən 85 minədək azalıb: “Bu təkcə doğumun azalmasından asılı olmayan daha ciddi problemdir” .
A.Adibekyan qeyd edib ki, 2007-ci ildə ali məktəblərə 26 min nəfər qəbul olunurdu və onların yalnız 24 mini təhsilini başa vururdu: “2016-cı ildə isə 18 min nəfər ali məktəblərə qəbul olunub, yalnız 12 700 tələbə tədris ilini başa vurub”.