Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib

Baxış sayı:
3415

Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən zərərsizləşdirilib.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.