​Ermənistana keçərkən tutulan şəxs barədə təfərrüatlar ORTAYA ÇIXDI

Baxış sayı:
10888

Ermənistan sərhədini keçərkən saxlanılan Türkiyə vətəndaşı haqqında təfərrüatlar məlum olub.
Ermənistan-Türkiyə sərhədini qoruya Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidməti saxlanılan Türkiyə vətəndaşı haqqında ilkin məlumatları yayıb.
Məlumata görə, Türkiyə vətəndaşı kürd əsillidir, Türkiyədə ağır cinayətlərdə şübhəli bilinir və Türkiyə hüquq-mühafizə orqanlarından qaçmaq üçün Ermənistana keçmək istəyib.
Rusiya sərhədçilər adı açıqlanmayan qaçağı Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verib.