“Ermənistana heç vaxt satılmayan silahlar vermişik, Azərbaycana yox” – RUSİYALI DEPUTAT

Baxış sayı:
517

“Ermənistana əvvəllər satılmayan silahlar vermişik. Ona görə Rusiyadan şikayətlənmək günah olar. .. Rusiya nəinki Azərbaycana, həmçinin, öz müffəfiqlərinə - Ermənistana daha çox silah satır. Həmin silahdan heç bir başqa dövlət satmır”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının plenar iclasında iştirak edən deputat Leonid Kalaşnikov deyib.

O, Azərbaycana silah satışının Parlament Assambleyasının digər üzvləri ilə müzakirə olunmadığını, məsələyə katiblikdə baxılacağını əlavə edib. Kalaşnikov Azərbaycana silah satışınını Ermənistan rəhbərliyində narahatlıqla qarşılandığını anladığını amma eyni reaksiyanın Ermənistana silah satılan zaman rəsmi Bakı tərəfindən də bildirildiyini əlavə edib.