ERMƏNİSTANA GƏRGİN PAYIZ GƏLİR: Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL

Baxış sayı:
7537

Naira Ayrumyan

lragir.am, 18.08.2019

Ermənistanın Vatikandakı keçmiş səfiri, 2018-ci ildə Ermənistanda inqilabın yetişdiyi, amma başa çatmadığı haqda dünən post edən Mikael Minasyan bu gün “News.am”-a müsahibədə bir sıra maraqlı açqılamalar verib. Birincisi, o, Serj Sərksyanın və bir sıra generalların tezliklə həbsini ağlabatan sayır, ikincisi, işarə edir ki, Ermənistanın yeni hökuməti, ən azı, üç önəmli məsələni həll etməlidir – Amulsar, İstanbul konvensiyası və Artsax (Dağlıq Qarabağ-tərc.) problemini.

ERP-nin vitse-prezidenti Armen Aşotyan da bundan sonra “Serjin xalqın xatirinə həbsdə əyləşməyə hazır olduğu” və Serj Sərksyanın həbsinin “geri hesablamanın” başlandığı atəş ola biləcyi haqda bildirib.

Minasyan və Aşotyanın bəyanatlarının tonuna görə, Serj Sərksyanın həbsi, praktik olaraq, həll olunub. Və Ermənistanın bir sıra siyasi, informasiya və biznes çevrələrinə Minasyanın təsir imkanları nəzərə alınarsa, istisna deyil ki, Ermənistanda bununla hansısa proseslərə start veriləcək. Yönlər göstərilib – Amulsar, İstanbul konvensiyası və Artsax problemi.

Amulsara gəlincə, hər şeyə əsasən, mədənin istismarı üzrə hökumətin müsbət qərarı, ekoloqlar və ictimai qrupların polislə toqquşmaya gətirə biləsi sərt müqaviməti gözlənilir.

İstanbul konvensiyasının mümkün ratifikasiyası da siyasi qarşıdurma vasitəsinə çevrilir: konvensiyanın mahiyyəti, demək olar, müzakirə olunmur və söhbət daha çox iğtişaşlar törədəcək hansısa etirazlara hazırlıqdan gedir.

Artsax probleminə dair isə sərhəddə öz ərazilərini tutan, buna görə sərhədçilərə general rütbəsi verilən Azərbaycanda qeyri-adi fəallıq görmək olar. Bundan başqa, Azərbaycan KİV-lərində Nikol Paşinyanın “Artsax – Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesini batırdığından xəbər verdiyi haqda ideya yaradılır ki, bu da eskalasiyanın artmasına gətirər. Bakı Rusiya ekspertlərini yardıma çağırmağa, onları dili ilə Nikol Paşinyana danışıqlar formatını dəyişdirməyin yolverilməzliyi “xəbərdarlığı” etməyə çalışır.

Ermənistanın əvvəlki hakimiyyəti Nikol Paşinyanın bəyanatını birbaşa pisləməyib, amma eskalasiya və ya tənzimləmədə arzuolunmaz proseslər halında onu ittiham etmək bəhanəsini qaçırmayacaq.

Son həftə hadisələrinin mozaikasına əsasən, güman etmək olar ki, Ermənistanın payızı gərgin olacaq. Xüsusən də oktyabrın 1-də İrəvanda AİB sammiti baş tutacağına və Rusiya və Ermənistan KİV-lərində Putinin İrəvanda Robert Koçaryanla görüşmək istədiyi haqda məlumat güclü şəkildə şişirdildiyinə görə.

Tərcümə Strateq.az-ındır.