Ermənistana göndərilən paketlər türkləri ayağa qaldırdı - FOTO

Baxış sayı:
2320

Çindən Ermənistana koronavirusla mübarizə məqsədilə göndərilən yardım paketləri türklər tərəfindən sosial mediada sərt qarşılanıb.

Publika.az xəbər verir ki, paketlərin üzərində ermənilərin haqq iddia etdiyi əzəli türk torpağı olan Ağrı dağının adı qeyd olunub.

Çinlilər ermənilərlə dostluqlarının səmimiyyətini bu sözlərlə ifadə edib: “Dostluğumuz Ağrı dağından daha yüksək və Yantsızı çayından daha uzun olsun”.

Türklər məhz bu ifadələri siyasi mesaj anlamında sərt tənqid ediblər.

Qeyd edək ki, Çin Ermənistana 120 ədəd süni tənəffüs aparatı, 2 oksigen stansiyası, 60 min test, 60 min tibbi maska, 280 min qoruyucu maska, 20 min eynək, dərman və 100 min qoruyucu geyim yollayıb.