Ermənistan yenə özünü BİABIR ETDİ: Türkiyə ilə bağlı ŞOK BƏYANAT

Baxış sayı:
552

Ermənistan Türkiyənin Şərqi Aralıq dənizindəki enerji axtarışlarından narahatlıq keçirib.
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin 3 gəmisi tərəfindən Cənubi Kiprin müstəsna iqtisadi bölgəsi olan yerdə qazma işlərinin aparılması cəhdlərindən narahat olduqlarını və bunu qınadıqlarını açıqlayıb.
“Ankaranın Şərqi Aralıq dənizindəki təşəbbüsləri bölgədə sabitlik və təhlükəsizlik üçün risk yaradır. Kipr və xalqına tam dəstəyimizi ifadə edir, Türkiyəni təşəbbüslərinə son verməyə çağırırıq”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, Türkiyənin enerji axtarışlarından narazı olan cəbhədə ABŞ, Yunanıstan, İsrail, Avropa İttifaqı, Cənubi Kipr və Rusiya yer alıb./Publika.az