​Ermənistan YALVARMAĞA BAŞLADI: Bakıda silahlar cingildəyir, Rusiya və İsrail...

Baxış sayı:
3982

Azərbaycanın dünyanın güclü ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətləri, eləcə də ordunun arsenalını zənginləşdirmək istiqamətində atdığı uğurlu addımlar ermənilərin “axı onlar bizi niyə dəstəkləmir” kimi yazıq suallar verməsinə səbəb olur.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, erməni şərhçi Ramiz Akopcanyan İsrail və Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığına diqqət çəkərək, “onlar niyə xristian Ermənistanı yox, müsəlman Azərbaycanı dəstəkləyir” deyə təəssüflə yazıb.
Onun sözlərinə görə, İsrail bütün etirazlara rəğmən Azərbaycana pilotsuz təyyarələr satmağa davam edir: “İsrailin Müdafiə Nazirliyi “Aeronautics” şirkətinin “Orbiter 1K Dron” təyyarələrinin Azərbaycana satılması üçün lisenziyanı yenilədi. Əfsuslar olsun ki, bu, yəhudi dövlətinin Azərbaycanı dəstəklədiyi birinci hadisə deyil. Axı İsrail niyə xristian Ermənistanı yox, müsəlman Azərbaycanı dəstəkləyir? Hansı ki, bu ölkə Ermənistanı blokada məngənəsində sıxır”.
R.Akopcanyan yazır ki, Rusiya da xristian Ermənistanı yox, müsəlman Azərbaycanı dəstəkləyir.
“Rusiya müasir silahları Azərbaycana satır, Ermənistanı isə “ikinci əl” silahları verir. Bunu rusiyalı ekspertlər də təsdiqləyirlər. Rusiyalılar Ermənistana tüpürür. Bakıda indi silahlar cingildəyir, Rusiyanı isə Ermənistanın taleyi maraqlandırmır, hərçənd, biz “müttəfiq” hesab olunuruq”, - deyə erməni şərhçi vurğulayıb.