Ermənistan XİN başçısından Qarabağ təxribatı - FOTO

Baxış sayı:
9067

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan danışıqların polzulmasına hədəflənmiş növbəti təxribata imza atıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumatda deyilir ki, erməni nazir Xankəndində Qarabağdakı saxta rejimin oyuncaq “xarici işlər naziri” Masis Mailyanla görüşüb.

Görüşdə “iki erməni respublikası arasında əməkdaşlıq”dan danışılıb, həmçinin “iki nazirlik” arasında məsləhətləşmə planı imzalanıb. Plan 2019-2020-ci illəri əhatə edəcək. Mailyan deyib ki, belə sənəd ilk dəfədir imzalanır.

Qeyd edək ki, bundan əvvəl Ermənistan XİN başçısı azərbaycanlı həmkarı ilə Vaşinqtonda görüşərək sülh danışıqlarının davam etdirilməsi zərurətindən dəm vurmuşdu. Onun Qarabağa gələrək burada oyuncaq qurum nümayəndələri ilə “imzalanma mərasimləri” keçirməsi birmənalı şəkildə sülh danışıqlarından imtina cəhdidir. Lakin Minsk Qrupunun həmsədrləri yenə də Ermənistanın bu təxribatını sakitcə seyr edirlər.

Yəqin ki, rəsmi Bakının məsələyə reaksiyası özünü çox gözlətməyəcək.