Ermənistan vətəndaşı AZƏRBAYCANA KEÇMƏK İSTƏDİ - Köynəyini ağ bayraq əvəzi istifadə edərək...

Baxış sayı:
8251

Ermənistan vətəndaşı Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.
Muxalifət.az ordu.az-a istinadən xəbər verir ki, mayın 1-dəErmənistanın Tavuş vilayətinin sərhədyanı Verin Karmiraxpyur kənd sakini, 1975-ci il təvəllüdlü şəxs öz köynəyini ağ bayraq əvəzi istifadə edərək Azərbaycanla sərhədi keçməyə çalışıb.
Erməni əsgərlər onun bu cəhdinin qarşısını alıb. Saxlanılan şəxs Verin Karmiraxpyur kəndində orta məktəbi əla bitirdikdən sonra Rusiyada hərbi məktəbə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb. Ermənistanla yanaşı Qazaxıstan vətəndaşı olan şəxsin iki uşaq atası olduğu bildirilib. O, bir müddət əvvəl kəndə anasının yanına qayıdıb. 12, 13 may tarixlərində isə Qazaxstana uçmağı planlaşdırırmış, lakin hava limanında biletini cıraraq fikrindən daşınıb.
Hazırda faktla bağlı Ermənistanın təhlükəsizlik xidməti və hərbi polis məşğuldur.