“Ermənistan tərəfi güzəştə getmirsə, dini liderlərin görüşündən nə gözləmək olar?” - POLİTOLOQ

Baxış sayı:
6751

 “ABŞ səfirinin Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü təşkil etməsi barədə təklifi münaqişənin həlli istiqamətdə müsbət irəlləyişə gətirməyəcək”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

“Dini liderlərin görüşü əsirlərin qaytarılmasına müsbət irəlləyiş gətirə bilər”

Əsədullazadə qeyd edib ki, Ermənistan Qirqoryan kilsəsinin birbaşa ideoloji təbliğatı və dəstəyi ilə Azərbaycanın əraziləri işağala məruz qalıb: “Sadəcə dini liderlərin görüşü humanitar missiyaların əsasən, əsirlərin qaytarılmasına müsbət irəlləyiş gətirə bilər”.

“Erməni kilsəsinin mövqeyində müsbətə heç nə dəyişməyəcək”

Əsədullazadə vurğulayıb ki, erməni kilsəsinin dini lideri Qaregin birbaşa Azərbaycana qarşı düşmənçiliyin əsas simvoludu: “Belə bir görüşlərin keçirilməsində problem olmasa da, Qarabağ münaqişəsinin həllində erməni kilsəsinin mövqeyində müsbətə heç nə dəyişməyəcək. Belə bir görüş xalqlar arsında etimad mühitinin yardılmasına gətirib çıxarmayacaq. Nə qədər ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan tərəfi çəkilmirsə, azərbaycanlıların ermənilərə etimadı olmayacaq”.
“Qarabağ danışıqlarını xarici işlər nazirləri mütəmadi həyata keçirir. Azərbaycan və Ermənistan liderləri müzakirə edir. Ermənistan tərəfi güzəştə getmirsə, dini liderlərin görüşündən nə gözləmək olar?”-deyə politoloq sual edir.