Ermənistan total hərbi təlimlərə başlayır - ORDUSU VƏ ƏHALİSİ İLƏ

Baxış sayı:
8952

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 24-dən oktyabrın 5-dək ölkədə genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

"Strateji təlimlər Silahlı Qüvvələrin tam cəlb edilməsi və ehtiyat qüvvələrin səfərbərliyə alınması ilə keçiriləcək. Müdafiədən başlamış hücuma və düşmənin məhvinə qədər görünməmiş müdafiə tədbiri olacaq ki, bütün ölkə və hər kəs buna cəlb ediləcək",- məlumatda deyilir.

Xatırladaq ki, bu gündən etibarən Azərbaycan ordusunun növbəti irimiqyaslı təlimləri başlayıb. 10 minlik qüvvə ilə keçirilən təlimlərdə çətin dağlıq şəraitdə hücum taktikası məşq ediləcək.