Ermənistan sosial medianı blokladı - ÖLKƏDƏ XAOS YAŞANIR

Baxış sayı:
369

Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlara görə işğalçı ölkə rəhbərliyi "feysbuk", "tvitter", "ok.ru", "instaqram", "teleqram" kimi sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib.

Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə xaricdə yaşayan erməni sosial şəbəkə istifadəçiləri məlumat verib.

Onların bildirdiklərinə görə, paytaxt İrəvanla yanaşı, işğal altındakı Azərbaycan ərazilərində sosial media Ermənistan tərəfindən bloklanıb. Onlar bloklanmanın yerli vaxtla 09:00-dan etibarən tətbiq edildiyini qeyd edirlər.