Ermənistan ŞOKDA: Ərazilər Azərbaycana geri qaytarılır?

Baxış sayı:
6505

Dağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaq
ATƏT-in Minsk Qrupunun həmsədrləri İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatı Ermənistanı şoka salıb. 
İstiPress-in məlumatına görə, Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) tərəfindən martın 1-də verilomiş bəyanat dünən demək olar ki, əksər KİV-ləri tərəfindən dərc olunub və bu, Paşinyan komandasına tərs şillə kimi dəyərləndirilib.   
Bəzi saytlar bəyanatdan hissələr versələr də, "Lragir" bəyanatı tam mətndə dərc edib. Bəyanatdan görünür ki, həmsədrlər əsas vurğunu Paşinyanın İran səfəri çərçivəsində Qarabağın tərəf kimi danışıqlar masasına qaytarılmasını tələb etməsini bildirməsinə, həmçinin Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyanın Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun ərazisinə gedərək "bir qarış torpaq qaytarmayacaqlarını, ərazilədi məskunlaşdıracaqlarını" deməsinə yönəldiblər.   
"Həmsədrlər tərəflərə yerlərdə vəziyyəti dəyişiməyi, qarşıdan gələn danışıqların nəticələri barədə əvvəlcədən danışmağı və ya bunun üçün şərait yaratmağı, digər tərəfin razılığı olmadan formatda birtərəfli dəyişikliklərin edilməsini tələb etməyi və ya hərbi əməliyyatları bərpa etməyə hazır olduqlarını göstərməyi nəzərdə tutan bəyanatlardan və hərəkətlərdən çəkinməyə çağırır",- deyə bəyanatda vurğulanır.
Bəyanatda həmçinin Paşinyandan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmaq tələb olunur:  
“Minsk Qrupu formatında nizamlama prosesinin mahiyyətinə dair bu yaxınlarda səslənən bəzi ziddiyətli publik bəyanatlara istinad edərək həmsədrlər təsdiq edir ki, ədalətli və qəti nizamlama Helsinki yekun Aktının əsas prinsiplərinə, o cümlədən güc tətbiq etməməyə və ya güc tətbiqi ilə hədələməməyə, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etməyə əsaslanmalıdır. Bura həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementlər də daxildir, o cümlədən: Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyinə və özünü idarə etməsinə təminat verən aralıq statusu, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz, Dağlıq Qarabağın gələcək hüquqi statusunun iradənin hüquqi mütləq ifadə edilməsi (referendum) yolu ilə müəyyən olunması, bütün qaçqın və məcburi köçkün şəxslərin öz yaşayış yerlərinə geri qayıtması, sülhməramlı əməliyyatları da özündə birləşdirən beynəlxalq təhlükəsizlik təminatı.”
Bəyanatda həm də o vurğulanır ki, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ prinsiplərindən heç biri o birindən üstün olmayacaq. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaq. Sadəcə, keçmiş muxtar vilayətin sakinləri müstəqil iqtisadi və sosial siyasət yürüdə biləcəklər, yəni büdcə tərtibi, sosial siyasət və siyasi idarəetmədə müstəqil olacaqlar.  
Erməni KİV-lərindən belə anlaşılır ki, Nikol Paşinyan və komandası Qarabağ münaqişəsinin bu variantda, yəni ATƏT-in Minsk qrupunun həmsədrlərinin tövsiyyə etdiyi şəkildə  həlli ilə razı deyillər. Ermənistanın populuyar analitika saytı “Lragir ”in analitiki Naira Ayrumyan bildirir ki, rəsmi İrəvan Qarabağa müstəqillik vəd etməyən həll variantı çərçivəsində danışıqlar aparmaq niyyətində deyil: “Sual yaranır, niyə onda Ermənistan danışıqlara razı olur? Hər şeydən belə görünür ki, rəsmi İrəvan öz gündəliyini qəbul etdirməyə çalışır”. 
Rusiyalı analitik Mixail Belyayev “Vestinq Kavkaza ” portalında bu məsələyə toxunaraq Paşiyanın bu mövqeyinin müharibəyə səbəb olacağını bildirib. Bir vaxt Nikol Paşinyanın “Yerin əks tərəfi” adlı kitabında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarmağın vacibliyini yazdığını xatırladan  Belyayev Paşinyanın indi özünü “Roma papasından çox katolik”, yəni Serj Sarkisyandan da qatı “qarabağçı” göstərməsini məntiqsiz sayır.
Azərbaycanın sabah başlanan hərbi təlimlərini xatırladan Bleyayev Ermənistanın odla oynadığını vurğulayır. Məqalədə bildirilir ki, təlimlərdə Azərbaycan ordusunun 10 min hərbi qulluqçusu, 500 tankı və zirehli texnikası, 300 raket-artilleriya qurğusu, 20 ədəd hərbi aviasiyası iştirak edəcək.