​Ermənistan Rusiyadan "Su-30SM" qırıcıları alır

Baxış sayı:
4981

"Ermənistan Rusiyadan "Su-30SM" qırıcı təyyarələri alacaq". 
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan bildirib.
Onun sözlərinə görə, bununla bağlı Yerevanla Moskva arasında müqavilənin imzalanmasına hazırlıq bitmək üzrədir.
D.Tonayan deyib ki, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.