"Ermənistan rəhbəri heç bir güzəştə getməyə hazır deyil" - RUSİYALI POLİTOLOQ

Baxış sayı:
2781

Təbii ki, Ermənistan rəhbəri heç bir güzəştə getməyə hazır deyil. Ona hadisələrin inkişaf sürətini azaltmaq üçün fasilə və vaxt qazanmaq lazımdır.

Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O bildirib ki, iki il ərzində qəsdən və məqsədyönlü şəkildə münaqişənin həlli üçün Ermənistan-Azərbaycan danışıqlar prosesini məhv edən Paşinyan nə istədiyini hələ o zaman açıq şəkildə bəyan edib:

“Güzəştlər” – bu, nə deməkdir axı? Hər şey çox bulanıqdır. Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, hələ 2016-cı ilin ikinci yarısında Rusiya prezidenti hər iki tərəfi kompromisə çağırarkən rəsmi Bakı dərhal bu təklifə səs verdi. Xüsusilə iki ölkə arasında Sülh Platformasını təşkil edərək, digər təşəbbüsləri də irəli sürdü. Ona görə də Paşinyanın bəyanatı bir qədər gecikib. Paşinyan Türkiyənin münaqişə ətrafındakı atmosferdən xaric edilməsinə dair “güzəşt”ə işarə edib. Amma bunun üçün o, əvvəlcə Fransanı tənqid etməlidir”.

Qriqori Trofimçukun sözlərinə görə, Paşinyan Ermənistandakı mövqeyinin getdikcə zəiflədiyinin fərqindədir:

“Yeni Qarabağ gərginliyi ərəfəsində erməni müxalifəti ona qarşı ciddi şəkildə birləşməyə başlayıb. Ermənistanın baş naziri bu sahədə də vaxt qazanmağa çalışır. Bu durumda danışıqlar prosesinin yenidən davam edə bilməsi üçün Paşinyanın özünün istefası güzəştlərdən biri kimi qiymətləndirilə bilər”.