“Ermənistan regionda yanlışlığa yola verərsə, məhv olacaq” - EKSPERT

Baxış sayı:
753

“Ermənistanın Azərbaycanla razılığa gəlməkdən başqa yolu yoxdur”.

Bu sözləri ictimai fəal, ekspert Hacı Ələsgərov bildirib.

“Ermənistan tərəfi cığallıq etməklə məşğuldur. Ancaq məğlub olan tərəf Ermənistandır. Beynəlxalq hüquq Azərbaycanıın tərəfindədir. Rəsmi İrəvanın Azərbaycanla bağlı razılığa gəlməkdən başqa yolu yoxdur. Ermənistan regionda yanlışlığa yola verərsə, məhv olacaq”.

İctimai fəal Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi baxımından iflasa uğradığını qeyd etdi.

“Hərbi ekspertlərin hesablarına görə, Ermənistanın yenidən ordu qurması üçün 15 ildən çox vaxt lazımdır. Bu da mümkün deyil. Çünki Ermənistanın iqtisadiyyatı çöküb”,- deyə ekspert qeyd edib.