Ermənistan ərazisindən Zəngilana hücum cəhdi: düşmən 30-dan çox canlı qüvvə və 1 Su-25 itirərək geri çəkildi

Baxış sayı:
1088

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun ötən gün noyabrın 1-də Zəngilan rayonu ərazisində ordumuzun mövqelərinə hücum cəhdi barədə məlumat yayıb.

Məlumatda deyilir ki,  noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi

itkilərə məruz qalıb. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.