“Ermənistan qoşunlarını dərhal Qarabağdan çıxarmalıdır” – FRANSALI SENATOR

“Ermənistan silahlı birləşmələri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonundan çıxarılmalıdır”.
Bunu Fransa Senatının üzvü Jan-Mari Bokel deyib.
Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ regionunu qanunsuz olaraq işğal edib.
“Mən erməni təxribatı nəticəsində Azərbaycan əsgərlərinin və mülki əhalinin həlak olmasından kədərləndim”, - deyə o bildirib.
Fransalı senator qeyd edib ki, münaqişə ATƏT-in Minsk qrupu vasitəsilə ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: “Qəbuledilməz status-kvonun saxlanılması belə faciəli toqquşmaya gətirib çıxarıb. Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşmalı, Dağlıq Qarabağla bağlı BMT qətnamələrinə əməl olunmalıdır”.
Onun sözlərinə görə, Azərbaycanın sülhsevər addımını Ermənistan da atmalı və münaqişə danışıqlar yolu ilə davam etməlidir.