​“Ermənistan Qarabağı və 7 rayonu qaytarmağa hazır olmalıdır” – ÖZBƏKİSTAN MƏTBUATI

Qardaş Özbəkistanın sharh.uz saytının təhlil bölməsində rus dilində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki hadisələr barədə material dərc olunub.
Hurriyyet.az bildirir ki, “Ermənistan Qarabağı və Azərbaycanın 7 rayonunu qaytarmağa hazır olmalıdır” sərlövhəli məqalədə aprelin 2-nə keçən gecə və gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin və cəbhəyanı zonadakı yaşayış məskənlərinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulduğu xəbər verirlir və Azərbaycanın uğurlu əks-hücumundan, Lələtəpə yüksəkliyinin geri alınmasından bəhs olunur. Ermənistanın daim təhrikçi və separatçı addımlar atdığını, Azərbaycanın həmişə sülh tərəfdarı olduğunu bildirən sayt yazır:
“Erməni siyasəti və kütləvi informasiya vasitələri vəziyyəti Rusiya və dünya ictimaiyyyətinə təhrif olunmuş, birtərəfli və həqiqətdən uzaq şəkildə təqdim edir. Azərbaycanlılara və türklərə qarşı düşmən mövqedə olan güclərin mövcud vəziyyətdən sui-istifadə etməsi bizi narahat edir.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ qədim Azərbaycan torpaqlarıdır. “Qarabağ,
Xankəndi - Azərbaycan sözləridir. Dəfələrlə demişəm ki, əgər Xankəndinin hansısa bir tarixi adı olsaydı, ermənilər onu bərpa edərdilər. Onu erməni bolşeviklərinin quldur dəstəsinin başçısı Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırıblar. Əslində bizim hamımız bunu bilirik, amma dünya da bundan xəbərdar olmalıdır. Buralar qədim Azərbaycan torpaqlarıdır. Ermənilər Dağlıq Qarabağa və başqa yerlərə XIX əsrdə İrandan və Şərqi Anadoludan köçürülüblər”.
Bu ərazi Azərbaycanındır – həm tarixi, həm də hüquqi baxımdan. Dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq təşkilatı Ermənistanın işğal etdiyi ərazilərin Azərbaycana məxsusluğuna şübhə etmir. Heç biri. Hətta Ermənistan da.
Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də onun ətrafındakı yeddi Azərbaycan rayonunu işğal edib. Bu hadisələr nəticəsində 1 milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Həmçinin, işğalçıların Azərbaycan ərazilərini dərhal tərk etməsini tələb edən beynəlxalq sənədlər – BMT-nin dörd qətnaməsi, BMT Təhlükəsizlik Şurasının qərarı, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələri, Avropa Parlamentinin, Avropa İttifaqının, Avropa Şurasının və digər təşkilatların qərarları mövcuddur”.