​Ermənistan prezidentindən etirazlarla bağlı açıqlama

Baxış sayı:
6274

Ermənistan prezidenti Armen Sarkisyan İrəvandakı etiraz aksiyalarından bəhs edərkən hər iki tərəfi qarşılıqlı dialoqa dəvət edib.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Armen Sarkisyan ölkədə təcili həll edilməli olan xeyli sosial-iqtisadi problemlərin olduğunu bildirib: “Dialoq, dözümlülük və biri-birini dinləmək bacarığı yaranmış vəziyyətdən yeganə çıxış yoludur”.  
 
A.Sarkisyan qeyd edib ki, əksəriyyətinin gənclər təşkil etdiyi minlərlə etirazçı son günlər mitinq və aksiya keçirməklə hakimiyyətə tələblər irəli sürürlər.
“Gənclər bizim sabahımızdır, gələcəyin hərbçisi, alimi və mühəndisi, siyasi xadimi və məmurlarıdır. Onların fikrinə hörmətlə yanaşmaq gərəkdir”, - deyə ölkə prezidenti bildirib.
 
Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən Ermənistan müxalifəti aprelin 13-dən aksiyalar keçirir. Müxalifət onu ölkəni səmərəsiz idarə etməsində və iqtisadi vəziyyətin pisləşməsinə səbəb olmaqda ittiham edir.