Ermənistan prezidenti qəfil Qarabağa gəldi – FOTO

Baxış sayı:
850

Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarına səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan Xocalı aeroportundan birbaşa Xankəndinə gəlib. Burada o, qondarma rejimin rəhbəri Araik Arutunyanla danışıqlar aparıb.

Armen Sarkisyanın daha bir neçə gün Azərbaycan ərazisində qalacağı, görüşlər keçirəcəyi bildirilir.